Kaş ki, gözlərim olsaydı
Mən baxıb pəncərədən
Söyləyərdim - nə gözəldir bizim doğma məhəllə
Kaş ki əllərim olsaydı
Tez yığardım nömrəni
Çağırardım dostumu, çay içərdik bir yerdə
Amma nədənsə heç kəs demədi
Ey ! Axmaq ! Bağla kəmərini !
Səni ! Evdə ! Ailə gözləyir
Ey ! Axmaq ! Azalt sən sürəti !
Özün cəhənnəmə -bədbaxt etmə camaatı
Kaş ki ayaqlarım olsaydı
Götürərdim bir topu
Oynamaqa razı olardım
Zəhləm getmiş futbolu
Axı niyə heç kəs demədi ?
Ey axmaq ! Bağla kəmərini !
Ala, saxla, hara sürürsən, tələsirsən?
Şər tələsisən, radarı görüb əsirsən
Sükan arxasında gözlərinə qan gəlir
Bu oyun deyil ki, bonus yığasan və can gəlir
Bir dəfə girdin, öldün, ya əlil oldun
İt də getdi, ip də çıxdı əlindən, zəlil oldun
Yəni düşünəsən deyən başın daşa dəyməli
Yavaş sürmək üçün kimsə var-yoxuvu söyməli?
Hələ hesab edirlər - kəmər taxmaq ayıbdır
Ayıb o kəsə kim vəsiqəçün pul sayıbdır
Qaza basıb, qulaq asıb içindəki şeytana
Elə bil qızmış öküzü buraxırsan meydana!
Ala saxla! Düşən var, ötüşən var
Vəhşilikçün çıxma yola, çöllüyün, meşən var
Qəşəng olar işləsə çiynində olan baş ki
Bunları deməyə ehtiyac qalmaya kaş ki!
Kaş ki bizdə vicdan olsaydı
Mənim kimləri heç vaxt ala bilməzdı
Sürücülük vəsiqəsi
Və eşitməzdik hər gün ki
Yollarda baş verib ölüm hadisəsi
Və camaat deməzdi
Ey axmaq ! Bağla kəmərini !