Getmə dostum, getmə ora
Gedib necə baxacaqsan o tək qalmış çinara
Getmə dostum, getmə ora
Gedib necə baxacaqsan o tək qalmış çinara
Sən tələbə, o isə tamam başqa bir adam
O etmədi sevgiyə ilk görüşə ehtiram
Getmə dostum, getmə ora
Gedib necə baxacaqsan o tək qalmış çinara
Getmə dostum, getmə ora
Gedib necə baxacaqsan o tək qalmış çinara
Sən tələbə, o bunu heç almadı hesaba
Sənə bir dost kimi deyirəm getmə dostum ora
Amma dözüb hər naza
Dediyini verdi qıza özgənin kölgəsində
Yeyib yatan, əli uzun, ağlı gödək
Onlar toy da edtilər, hətta bir gün gedtilər
Aşıb təpə, keçib dərə
Bir vaxt sənin o qızla, gedtiyiniz o yerə
Oğlan gördü çinarda, sənin o il baharda
İlk görüş axşamında, o yazdığın yazını
Tez büzərək ağzını, vəhşi kimi acıqla
O sənin yazdığını ovub tökdü bıçaqla
Sənin ayaq izini yudu yağış örtdü qar
İlk sevdiyin o gözəl başqasına oldu yar
Mən bilirəm ağırdır o yara
Sənə bir dost kimi deyirəm getmə dostum ora