İllər oldu ayrılalı, heç ölməyən ruhumdasan
Gizlin gələn sevgi kimi, sən hər gecə röyamdasan...
Aylar ötüb, il dolanır, sanki havam suyumdasan
Gün batıb, ay çıxan kimi, sən hər gecə röyamdasan...
Çox istədim mən unudum, canda axan qanımdasan
Heç getməyən qonaq kimi, sən hər gecə röyamdasan...
Hər gözümü yuman kimi, biz yaşadıq bu sevgini
Gizlənirsən hər zaman, mən gözümü açan kimi...
Yoxdu mənə sənsiz həyat, sən ən gözəl arzumdasan
Görməkdən heç doymadığım, sən hər gecə röyamdasan...
Aylar ötüb, il dolanır, sanki havam, suyumdasan
Gün batıb ay çıxan kimi, sən hər gecə röyamdasan...