Aləm qalxsa səni məndən almağa
Hamıdan alaram götürrəm səni
Getsən də dunyanın sonuna qədər
Gələrəm arxanca ötürrəm səni
Sənsən gözəllərin şahı ey afət
Bir sənə salmışam mehri məhəbbət
Sən elə bir gülsən, olsam təbiət
Hər bağda bağçada bitirrəm səni
Mən aşiqəm sənə düzə gətirsən
Uduzarsan əgər məni itirsən
Sən məni bircə arzuma yetirsən
Bütün arzulara yetirrəm səni
Sən bir bəlasısan çərxi fələyin
Yıxdı məni fitnə sözün kələyin
Yanımda çəkilse adı mələyin
Gözümün önünə getirrəm səni
Babayam zindanda çəkirəm zülüm
Mən sənsiz həyatı neylirəm gülüm
Istəyirəm sənsiz qalmayım ölüm
Qorxuram ölərəm itirrəm səni